Onlayn ictimai-siyasi qəzet
Suriya Milli Ordusu (SMO) PKK/YPG terror təşkilatına qarşı başlatdığı "Azadlıq Şəfəqi" əməliyyatı çərçivəsində Mənbic rayonu istiqamətində irəliləyir.
Musavat.com "Milliyet"ə istinadən xəbər verir ki, Suriya Milli Ordusu başlatdığı əməliyyatla Mənbicin 80%-nə nəzarəti ələ keçirib.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, şəhəri PKK/YPG terror təşkilatından almaq üçün həm havadan, həm də qurudan müdaxilələr davam edir.
Məlumatda bildirilir ki, PKK/YPG-nin 2016-cı ildə işğal etdiyi Mənbicin şimal və qərb bölgələrində irəliləyən SMO terrorçularla döyüşlərini davam etdirir.
Eyni zamanda, rayonda yaşayan insanlar ayağa qalxaraq, terror təşkilatını şəhərdən çıxarmağa çalışır. Mənbiclilər şəhər mərkəzində qiyam qaldıraraq həbsxanalardakı məhbusları xilas ediblər.
Xatırladaq ki, rayonda əhalinin böyük əksəriyyətini ərəb mənşəli insanlar təşkil edir.
Qeyd edək ki, Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Türkiyənin hərbi dəstəyi ilə fəaliyyət göstərir. SMO 2016-cı ildən etibarən Türkiyənin rəhbərlik etdiyi müxtəlif əməliyyatlarda, xüsusən PKK/YPG terror təşkilatına qarşı mübarizədə iştirak edir.
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ