Onlayn ictimai-siyasi qəzet
Almaniyanın paytaxtı Berlində Fələstin tərəfdarları Humboldt Universitetinin auditoriyasını ələ keçiriblər.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində 95 nəfər saxlanılıb.
Etirazçılar divarları yazılarla doldurub, mebelləri dağıdıb, şkafları sındırıb və barikadalar qurublar. Təxminən 350 polis əməkdaşı hadisə yerinə gələndən sonra aktivistlər onlara pirotexniki vasitələr atıb və polislərin üzərinə maye töküblər.
Bildirilir ki, hadisə nəticəsində zərər görmüş auditoriya bir neçə həftə, hətta aylarla istifadəyə yararsız qala bilər.
Faktla bağlı əmlaka ziyan vurmaq və nifrət təbliğatı aparmaq maddələri üzrə cinayət işləri açılıb.
@@TVmusavat/113195@@
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ