İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-ın ən böyük bazasını vurdu – SEPAH-dan sərt bəyanat

ABŞ-ın nüvə obyektlərinə hücumuna cavab olaraq İran güclü hərbi cavab verib.

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gecə Qətərdə yerləşən və ABŞ-ın Qərbi Asiyada ən böyük hərbi bazası sayılan Əl-Udeyd aviabazasına raket zərbələri endirdiyini bəyan edib.

SEPAH-ın yaydığı rəsmi məlumatda bildirilir ki, bu zərbələr "Bəşarət əl-Fəth" (Qələbə müjdəsi) adlı cavab əməliyyatı çərçivəsində həyata keçirilib və İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Əməliyyata İranın ən yüksək hərbi orqanı olan “Xatəm əl-Ənbiyə” Mərkəzi Komandanlığı rəhbərlik edib.

Bəyanatda yer alan ən diqqətçəkən mesaj isə belədir:
"Zərbə vurub qaçmaq dövrü artıq bitib. Təkrar hücumlar ABŞ-ın Qərbi Asiyadakı mövcudluğunun sonunu sürətləndirəcək".

SEPAH həmçinin xəbərdarlıq edib ki, əgər hücumlar davam edərsə, bu, yalnız ABŞ-ın regiondakı hərbi infrastrukturunun deyil, həm də "sionist rejimin" tamamilə çöküşünə səbəb olacaq.

Hazırda regionda gərginlik pik həddə çatıb və qarşılıqlı hücumların yeni mərhələyə keçəcəyi istisna olunmur.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR