İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya səfirliyi: “Bu, yalnız ilk dalğa idi – daha güclüsü gəlir!”

Musavat.com xəbər verir ki, Yaxın Şərqdə artan gərginlik fonunda Böyük Britaniyanın səfirliyi əhaliyə fövqəladə xəbərdarlıq yayıb.

Səfirlikdən verilən açıqlamada bildirilir ki, indiyə qədər baş vermiş hücumlar yalnız birinci dalğa olub və məqsədi hava hücumundan müdafiə sistemlərini iflic etmək idi.

“Bu, müdafiə sistemlərini yükləyib sıradan çıxarmağa yönəlmiş ilk mərhələ idi. Növbəti mərhələdə daha güclü hücumlar gözlənilir”, – deyə Britaniya səfirliyi bildirib.

Qeyd olunur ki, səfirlik öz vətəndaşlarını və yerli əhalini təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırmağa çağırıb.

“Eyvanlara və pəncərələrə yaxınlaşmayın. Sığınacaqlara keçin. Qarşıdakı saatlar son dərəcə təhlükəlidir”, – bəyanatda vurğulanır.

Xatırladaq ki, İran və İsrail arasında davam edən qarşılıqlı zərbələr nəticəsində Yaxın Şərqdəki diplomatik nümayəndəliklər, xüsusilə Qətər, İraq və İordaniyada yerləşən xarici səfirliklər fövqəladə rejimə keçiblər. ABŞ və Britaniya səfirlikləri regionda fəaliyyət göstərən əməkdaşlarını təhlükəsizlik protokollarına tam riayət etməyə çağırır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR