Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın İrana qarşı həyata keçirdiyi son hücumları beynəlxalq hüquqa zidd adlandırıb. O, Vaşinqtonun İranın nüvə obyektlərinə zərbə endirməsinə etirazını açıq şəkildə ifadə edib.
Makronun sözlərinə görə, Fransa da İranın nüvə silahına sahib olmasının əleyhinədir, lakin bu məsələ yalnız diplomatik yollarla, sülh çərçivəsində həll olunmalıdır:
“Biz İranın nüvə silahı əldə etməsini istəmirik. Lakin ABŞ-ın İrana hücumu, onun nüvə obyektlərini vurması beynəlxalq hüquqa uyğun deyil. Bu kimi məsələlər yalnız diplomatiya vasitəsilə həll oluna bilər.”
Fransa liderinin “Makron raconu” dünya mediasında geniş rezonans doğurub və bu, ABŞ-la Avropa İttifaqı arasında gərginlik yarada biləcək növbəti siyasi ayrılıq kimi dəyərləndirilir.
Musavat.com
24 Iyun 2025
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ