İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev Trampa cavab verdi: “İrana nüvə başlıqları verməyəcəyik"

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın İranla bağlı narahatlığına cavab olaraq açıqlama yayıb.

Musavat.com xəbər verir ki, Medvedev X sosial platformasında yazdığı paylaşımda ABŞ-ın İrana endirdiyi zərbəni tənqid etsə də, Rusiyanın İrana nüvə silahı vermək niyyətində olmadığını bəyan edib.

“Trampın narahatlığına gəlincə – mən ABŞ-ın İrana zərbəsini pisləyirəm, çünki bu zərbə öz məqsədinə çatmadı. Amma Rusiya İrana nüvə başlıqları ötürməyəcək, çünki biz İsraildən fərqli olaraq, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıyıq,” – deyə Medvedev qeyd edib.

O həmçinin əlavə edib ki, əvvəlki açıqlamasında Rusiyanı yox, “başqa ölkələri” nəzərdə tutub: “Başqa dövlətlər fərqli davrana bilər – mənim dediyim də məhz bu idi".

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR