Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranda yerləşən nüvə obyektlərinə endirilən zərbələrin nəticələrini yüksək qiymətləndirib və mediaya sərt hücum edib.
Musavat.com xəbər verir ki, Tramp X platformasında paylaşım edərək bildirib ki, ABŞ-ın zərbə endirdiyi bütün obyektlər “tamamilə məhv edilib” və bunu hər kəsin bildiyini deyib.
“Yalnız feyk media bunun əksini iddia edə bilər. Onlar hər zaman uğurlarımızı kiçiltməyə çalışır. Hətta onlar belə etiraf edirlər ki, obyektlər ‘xeyli yaxşı dağıdılıb’,” – deyə Tramp yazıb.
Prezident xüsusilə CNN-dən Elison Kuperi, “Con”cast rəhbəri Brayan L. Robertsi, ABC F əməkdaşı Conni Karlı və NBC jurnalistlərini hədəf alaraq onları “yalançı”, “uğursuz” və “etibarsız” adlandırıb. O, bu media qurumlarını reytinqlərinin rekord səviyyədə aşağı olması və cəmiyyət tərəfindən etimad görməmələri ilə ittiham edib.
Musavat.com
24 Iyun 2025
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ