İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ağdərədə atəş səsləri - Rusiya MN MƏLUMAT YAYDI

Ağdərə rayonunda Rusiya sülhməramlıları tərəfindən atəşkəs rejiminin pozulması qeydə alınıb.

Musavat.com bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən bildirir.

Məlumatda deyilir ki, insident nəticəsində ölən və yaralananlar olmayıb. Rusiya Müdafiə Nazirliyinin informasiya bülleteninə əsasən, Rusiya hərbi komandanlığı Ermənistan (?!-M.) və Azərbaycan tərəfləri ilə birlikdə bu faktla bağlı araşdırma aparır.

Məlumatda daha sonra qeyd olunub ki, sülhməramlıların maşınları ilə Xankəndiyə 242 tondan çox humanitar yardım çatdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR