Onlayn ictimai-siyasi qəzet
Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) PSLV-XL daşıyıcı raketi bazar günü Yerin müşahidə peyki EOS-09-u orbitə çıxara bilməyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Kosmik Tədqiqatlar Təşkilatı yayıb.
Bildirilir ki, proses üçüncü mərhələdə texniki problemlərə görə yarımçıq qalıb. Raket Hindistanın cənub-şərqindəki Şriharikota adasında yerləşən Satish Dhawan Kosmik Mərkəzinin buraxılmışdı.
Planlaşdırılan xidmət müddəti beş il olan peykdən istənilən hava və işıqlandırma şəraitində yüksək keyfiyyətli təsvirlər əldə etmək nəzərdə tutulurdu.
1,696 kq-lıq peyk Hindistanın kənd təsərrüfatı və meşə təsərrüfatı, torpaq və yerüstü suların öyrənilməsi, daşqın xəritəsi və hərbi kəşfiyyat maraqları naminə radar təsvirləri üçün istifadə edilən radar peyklərinin orbital bürcünün bir hissəsi olmalı idi. Bu peyklər Yer səthindən təxminən 535 km yüksəklikdə aşağı Yer orbitində yerləşir.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ