İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS 2023-cü ilin oktyabr hücumunun məqsədi bu imiş

Fələstinin radikal HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrailə hücumu yəhudi dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaq məqsədi daşıyıb.

Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” qəzeti yayıb.

Qəzet HƏMAS liderlərinin hücum ərəfəsində keçirilən görüşünün protokolunu əldə edib. Sənəddə göstərilir ki, bu görüşdə HƏMAS Siyasi Bürosunun ötən ilin oktyabrında öldürülən rəhbəri Yəhya Sinvar bəyan edib ki, “Səudiyyə Ərəbistanı ilə sionist rejim (İsrail nəzərdə tutulur – red) arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli irəliləyişlər əldə edilir və saziş bağlanarsa, “əksər ərəb və islam ölkələri onlardan nümunə götürəcək”. Sinvar hesab edib ki, belə bir inkişaf dünya ictimaiyyətinin diqqətini Fələstin məsələsindən yayındıra bilər. O, Siyasi Büro üzvlərinə “fövqəladə tədbirlər” görülməsi və regional güc balansında “strateji dəyişikliyə” nail olunmasının vacibliyini bildirib.

Bu ilin fevralında Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi müstəqil Fələstin dövləti yaratmaq qərarı həyata keçirilməyənə qədər krallığın İsraillə diplomatik əlaqələr qurmayacağını bəyan edib.

May ayında ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoff Səudiyyə Ərəbistanı hökumətinin, eləcə də Livan, Liviya və Suriyanın İbrahim razılaşmasına qoşularaq İsraillə münasibətlərini tezliklə normallaşdıra biləcəklərini deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR