İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ağ Ev hərəkətə keçdi - Dünyanı təşvişə salan layihə reallaşır

İqlim böhranı üçün hərəkətə keçən Amerika Birləşmiş Ştatları (ABŞ) başlatdığı qeyri-adi layihə ilə Günəşi qaraltmağın yollarını axtarır.

Elmi fantastika kimi səslənə bilər, lakin bu ideya ilk dəfə 1965-ci ildə ABŞ prezidentinə təklif edilib. Sonrakı illərdə bu konsepsiya üzərində iş aparılıb və bir neçə mümkün texnika müəyyən edilib.

Musavat.com xəbər verir ki, 5 ildir ətraflı araşdırma ilə hazırlanan layihə Ağ Evin Elm və Texnologiya Siyasəti Bürosu tərəfindən koordinasiya ediləcək.

Solar (Günəş) geomühəndisliyi adlanan layihə atmosferdə istixana qazlarının yaratdığı istiləşməni azaltmaq üçün Yerə çatan Günəş işığının miqdarını dəyişdirməyi hədəfləyir.

Bəs Günəş şüalarını azaltmaq mümkündürmü?

WhatsApp Image 2022-10-23 at 09.08.40.jpeg (23 KB)

Tədqiqatçılar atmosferin stratosfer qatına qaz təbəqəsi yayaraq Yerə gələn Günəş şüalarını yenidən kosmosda əks etdirməyi planlaşdırırlar.

Lakin alimlər hesab edirlər ki, Yerə gələn Günəş şüalarının bir hissəsi kosmosa əks olunarsa, planet soyuyacaq. Ona görə də bu ideya ortaya atıldığı gündən tənqid hədəfinə çevrilib.

Bəzi tədqiqatçılar Günəş şüalarının qarşısının alınmasının iqlim böhranının həlli olmayacağını ifadə edərək, əsl həll yolunun karbon emissiyalarını azaltmaq olduğunu vurğulayıblar.

Ağ Ev iqlim dəyişikliyinin qarşısının alınmasına təcili ehtiyac olduğu üçün bütün tənqidlərə baxmayaraq layihəni dəstəkləyir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR