İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ-dan ŞOK İTTİHAM - "Vaqner" hər ay Ukraynada...

ABŞ Şimali Koreyanı "Vaqner" qrupunu Ukraynada istifadə üçün raketlərlə təmin etməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, Ağ Ev silah-sursat tədarükünün BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu əsas gətirərək "Vaqner"ə qarşı daha geniş sanksiyalar tətbiq edəcəyini bildirib.

Şimali Koreya administrasiyası və Vaqner bu xəbərləri təkzib edib.

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib ki, "Vaqner" Ukraynadakı hərbi əməliyyatını dəstəkləmək üçün dünya miqyasında silah tədarükçüsü axtarır. Kirbinin bəyanatına görə, Şimali Koreya edilən ödəniş müqabilində "Vaqner" qrupuna ilk təslimatı edib.

63a53aa818c7732f30b55592.jpg (78 KB)

Ağ Ev bildirib ki, "Vaqner" piyadalar üçün nəzərdə tutulan raketlərlə birlikdə Şimali Koreyadan başqa raketlər alıb. Kirbinin sözlərinə görə, Rusiya ordusu ilə də rəqabətdə olan "Vaqner" Ukraynada hər ay 100 milyon dollardan çox pul xərcləyir.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bəyan edib ki, Böyük Britaniya Vaşinqtonun qiymətləndirmələri ilə razıdır. İngiltərə hökuməti Ukraynada "Vaqner"ə bağlı muzdluların sayının mindən 20 minə yüksəldiyini bildirib. 

"Rusiyanın kömək üçün Şimali Koreyaya üz tutması Moskvanın çarəsizliyinə və tənhalığına işarədir", - Kleverli deyib.

Lakin "Vaqner"in sahibi Yevgeni Priqojin bu iddianı “qeybət və spekulyasiya” adlandırıb. Şimali Koreya Xarici İşlər Nazirliyi də xəbəri “əsassız” kimi şərh edib.

Digər tərəfdən, Zelenskinin ABŞ-a səfərinin Rusiyada əks-sədası davam edir.

63a5395a18c7732f30b5558e.jpg (87 KB)

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, onun “təxribat xarakterli hərəkətləri” ciddi nəticələrə səbəb olan eskalasiyaya gətirib çıxaracaq.

Rusiya dövlət mediasına danışan Antonov Moskvanın bütün səviyyələrdə sağlam düşüncədən istifadə etməyə çalışdığını, lakin Kiyevə patriot raket sisteminin çatdırılması ilə bağlı söhbətlərin dərin narahatlığa səbəb olduğunu deyib.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, patriot raketləri Rusiyanın məqsədinə çatmasına mane olmayacaq.

“Vaşinqtonda aparılan danışıqlar göstərdi ki, nə ABŞ, nə də Ukrayna sülhə can atır. Onlar ancaq müharibəni davam etdirmək niyyətindədirlər”, - bunu isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR