İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ-dan İrana SƏRT XƏBƏRDARLIQ

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarlz Braun İrana Fələstin və İsrail arasındakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Jurnalistin Tehrana hansı mesajın göndərilməsi ilə bağlı sualına cavab olaraq Braun bunu deyib: “Müdaxilə etməyin”.

O əlavə edib ki, ABŞ aviadaşıyıcısının İsrail sahillərinə yerləşdirilməsi Təl-Əvivə dəstək mesajı kimi nəzərdə tutulub.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Şərqi Aralıq dənizinə "Gerald Ford" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupunu göndərdiyini açıqlayıb.

Ostin öz bəyanatında həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar tezliklə İsrail Müdafiə Qüvvələrini əlavə avadanlıqla təmin edəcək.

Qeyd edək ki, ABŞ Yaxın Şərqdə "F-35" və "F-15" döyüş təyyarələrini də yerləşdirir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR