İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın baş müşaviri ağır xəstədir - FOTO

Türkiyə Prezidentinin baş müşaviri Yiğit Bulutun səhhətinin ciddi şəkildə pisləşdiyi barədə məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, hazırda xəstəxanada müalicə alan Bulutun vəziyyəti ağır qiymətləndirilir və onun yanına ziyarətə icazə verilmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qalatasaray" klubunun rəhbəri Dursun Özbeki ziyarət etdiyi xəstəxanada eyni zamanda Yiğit Bulutla da maraqlandığı deyilir.

Xatırladaq ki, Yiğit Bulut uzun müddətdir xərçəng xəstəliyinə görə müalicə alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR