İnsanlara hürriyət, millətlərə istiqlal!

Avarçəkənimiz Avropa üçüncüsü oldu

Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.

Musavat.com xəbər verir ki, komandamızın üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenko üçüncü yer tutub.  

Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən Tatyana Avropa çempionatının bürünc medalına layiq görülüb. 

 


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR