İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ-a BÖYÜK ŞOK - Hərbi sirlər bu ölkənin ƏLİNƏ KEÇDİ

Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün görünmür. Pekinin Yaponiya ilə problemləri də regional münaqişə qorxusunu artırır. Tayvanın lehinə açıq mövqe tutan ABŞ Çinə ultimatum verib.

Musavat.com xəbər verir ki, "Fox News"da yayılan xəbər iki ölkə arasındakı böhranda yeni bir cəbhə açıb.

Belə ki, xəbərdə Çinin ABŞ-ın hərbi sirlərini oğurladığı iddia edilir.

Keçmiş Müdafiə Nazirinin müşaviri Ceyms Anderson "Fox News"a verdiyi müsahibədə deyib: “J-20 qırıcısı Çinin casusluq səylərinə görə normalda olduğundan daha təkmildir. Bu illər ərzində onlar öz oğurluqlarından böyük qazanc əldə ediblər”.

6409b8854e3fe02554bc6190.jpg (21 KB)

Qeyd edək ki, J-20-nin hazırlanması 2008-ci ildə ABŞ istehsalı olan F-22 ilə rəqabət apara biləcək yeni qırıcı təyyarənin layihələndirilməsi planının bir hissəsi kimi başlayıb. İlk uçuşunu 2011-ci ildə edən təyyarə 2017-ci ildə xidmətə verilib.

Çin Milli Konqresi ölkəyə qarşı güclənən təhdidlər qarşısında bu il hərbi xərclərini 7 faizdən çox artıracağını açıqlayıb. Anderson Çinin bu kontekstdə rüşvət də daxil olmaqla bir çox taktikaya əl atdığını iddia edib.

Keçmiş müdafiə nazirinin müavininin iddiaları arasında Çinin kiberhücumlarla məlumat oğurlaması da var: "Bu, çinlilərin vaxtına və puluna qənaət edir. Nəticədə bəzi sirlərimizi uğurla oğurladıqları üçün biz onların tədqiqat və inkişaf büdcələrinin bir qismini subsidiya edirik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR