İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! 13-cü dalğa BAŞLADI - Xalq Makrona MEYDAN OXUYUR

Fransada 1 May Əmək və Həmrəylik Günündə pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan islahata qarşı çıxanlar ölkə daxilində nümayişlər keçirir. Fransanın böyük həmkarlar ittifaqlarının çağırışı ilə paytaxt Paris, Strasburq, Marsel, Tuluza, Vannes, Rouen və Renn kimi bir çox şəhərlərdə islahat əleyhinə 13-cü kütləvi etiraz dalğası başlayıb.

Musavat.com xəbər verir ki, ölkə daxilində 1 milyondan çox insanın iştirakı gözlənilən nümayişlərdə təhlükəsizliyi təmin etmək üçün 5 mini Parisdə olmaqla, ümumilikdə 12 min polis öz vəzifəsini yerinə yetirəcək.

Paytaxt və ətraf ərazilərdə ictimai nəqliyyatdan məsul qurum olan RATP nümayişlərə görə bir çox qatar və metro stansiyalarını bağlayıb. Bundan əlavə, tətil və nümayişlər səbəbindən hava nəqliyyatında fasilə olacağı gözlənir.

0 - 2023-05-01T184232.854.jpg (77 KB)

Bordo İnzibati Məhkəməsi də nümayişlərdə polisin dronlardan istifadə etməsinə qarşı edilən etirazı rədd edib. Qeyd edək ki, Fransanın daxili işlər naziri Gerald Darmanin polis rəislərinə nümayişlərdə kəşfiyyat məlumatları toplamaq üçün dronlardan istifadə etməyi tapşırıb.

Ölkənin ən böyük birliklərindən biri olan CGT-nin baş katibi Sofi Binet hökuməti nümayişlərdə polisi təxribata təşviq etməməyə çağırıb. Əvvəlki nümayişlərdə sağçı ekstremistlərin və mülki geyimli polislərin etirazçılara qarışaraq təxribat xarakterli hərəkətlər törətdiyi iddia edilir.

Əmək naziri Olivier Dussopt Fransanın BFMTV telekanalına bildirib ki, hökumətlə danışıqlara başlamaq üçün yaxın günlərdə CGT nümayəndələrinə dəvət göndəriləcək.

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat martın 16-dan bütün ölkədə etirazlara səbəb olub. Sözügedən qanunun qəbulu üçün Fransanın baş naziri Elizabet Borne konstitusiyadakı xüsusi maddədən istifadə edərək Fransa parlamentini prosesdən kənarlaşdırıb. Daha sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR