İnsanlara hürriyət, millətlərə istiqlal!

Son anda: Rusiya ordusu Çernobıl AES-dən çıxdı

Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasının ərazisindən tamamilə çıxarılıb.

Musavat.com bildirir ki, bu barədə Facebook-da Ukraynanın İstisna zonasının idarə olunması üzrə Dövlət Agentliyi məlumat yayıb.

"Yenilənmiş məlumat: Hazırda Çernobıl AES-in yerində heç bir icazəsiz şəxs yoxdur", - agentlik bildirib.

Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinin məlumatına görə, Rusiya hərbçiləri stansiya işçilərini “rəsmi” sənədləri imzalamağa məcbur ediblər ki, guya Rusiya Federasiyası fevralın 24-dən obyekti “mühafizə edib”.

Çıxış zamanı Rusiya Federasiyasının hərbçiləri binaları qarət etməyə, avadanlıq və digər qiymətli əşyaları oğurlamağa müvəffəq olublar.

Bundan əlavə, terrorçular Çernobıl ərazisini tərk edərkən əsir alınmış Milli Qvardiya əsgərlərini də götürüblər. Mübadilə üçün danışıqlar davam etdirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR