İnsanlara hürriyət, millətlərə istiqlal!

Somalidə silahlılar təhsil nazirliyinə hücum edib, 100 nəfər ölüb - YENİLƏNİB

Somalidə Təhsil Nazirliyinin binasına silahlı hücum zamanı ölənlərin sayı 100-ə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 300 nəfər yaralanıb.

***

Somalinin paytaxtı Moqadişonun mərkəzində ölkənin Təhsil Nazirliyinin binasına hücum zamanı 30 nəfər ölüb.

Musavat.com xəbər verir ki, hadisəni “Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

Hücum zamanı kamikadze nazirliyin qarşısında iki avtomobili partladıb.

Bunun ardınca bir qrup silahlı binaya daxil olub.

Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Hazırda bina polis və ordu hissələri tərəfindən əhatəyə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR