İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolzdan Rusiyaya sərt təpki: “Bu, artıq müharibənin yeni ölçüsüdür”

Almaniya Kansleri Olaf Şolz Ukraynanın Kaxov SES-in Rusiya ordusu tərəfindən partlamasına münasibət bildirib.

Kansler bunun Ukraynadakı müharibənin yeni ölçüsü olduğunu deyib.

Şolzun fikrincə, Kaxov SES-in dağıdılması Rusiya ordusunun müharibə üsuluna uyğundur. O, həmçinin bildirib ki, Almaniya baş verənləri narahatlıqla izləyir.

“Bu, Ukraynada rus əsgərlərinin törətdikləri cinayətlərin çoxuna uyğundur, mülki hədəfləri, qəsəbələri, kəndləri, xəstəxanaları, məktəbləri hədəfə alan hərbi əməliyyatın bir hissəsidir”, - Almaniya kansleri qeyd edib.

Rusiya qüvvələri səhər saatlarında Kaxov SES-in bəndini partladıblar. Su anbardan nəzarətsiz formada axmağa başlayıb, Dnepr çayı boyunc yerləşən yaşayış məntəqələri su altında qalıb./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR