Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Olaf Şolts Donald Trampın hərbi yardım müqabilində ABŞ-a Ukraynadan nadir torpaq metalları vermək tələbini tənqid edib.
Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, o, bunu “eqoist fikir” adlandırıb və bildirib ki, Ukrayna öz təbii sərvətlərini müharibədən sonra iqtisadiyyatı bərpa etmək üçün istifadə etməli, başqa ölkələrə verməməlidir.
“Ukraynada baş verən böyük dağıntıları nəzərə alsaq, bunlar böyük vəzifələrdir. Ona görə də mən hesab edirəm ki, Ukraynanın resurslarından yaxşı gələcək üçün istifadə olunsa, daha yaxşı olardı”, - Şolz bildirib.
Eyni zamanda, Vladimir Zelenskiyə yaxın olan “Financial Times” mənbəsi qeyd edib ki, Trampın təklifi Ukraynanın payız “qələbə planı” ilə “uyğun görünür”. Bu sənədə əsasən, Kiyev əsas təbii ehtiyatlar üzrə əməkdaşlıq üçün “xüsusi şərtlər” təklif etməyə hazırdır.
Ukrayna hakimiyyəti artıq ABŞ-ın təklifini nəzərdən keçirməyə və yeni iqtisadi tərəfdaşlıq qurmağa hazır olduqlarını təsdiqləyib.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ