İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts qalmaqallı nazirin istefasını qəbul etdi

Almaniya Kansleri Olaf Şolts ölkənin müdafiə naziri Kristina Lambrextin istefasını qəbul edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya hökuməti yayıb.

Məlumata görə, Şolts yaxın zamanlarda müdafiə naziri vəzifəsinə yeni namizədin adını açıqlayacaq. Hələ ki namizədlərin kimlər olduğu məlum deyil.

Qeyd edək ki, 57 yaşlı Kristina Lambrext bir müddət əvvəl Olaf Şoltsdan onun istefasını qəbul etməyi istəyib. O, bir ildən bir qədər artıq müddətə Almaniyanın müdafiə naziri vəzifəsini icra edib. Lambrext vəzifəsinin icrasına başladığı gündən tənqidlərə məruz qalıb. Belə ki, o, 2021-ci ilin dekabrında etiraf edib ki, hərbi rütbələri ayırd edə bilmir. Bununla yanaşı, müdafiə naziri Ukraynada müharibə başlayandan sonra Kiyevə göstərilən zəif dəstəyə görə də tənqid olunub. Lambrextin bu yaxınlarda Ukraynada müharibə başlayandan sonra maraqlı insanlarla çox sayda görüş keçirməsini deməsi də birmənalı qarşılanmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR