Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün İstanbula səfər edib.
Musavat.com xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Volfqanq Byuhnerin sözlərinə görə, görüşdə çox güman ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdəki vəziyyət və miqrasiya mövzusu müzakirə olunacaq. Tərəflərin ikitərəfli və iqtisadi məsələləri də müzakirə edəcəyi gözlənilir.
Danışıqlardan sonra birgə mətbuat konfransı planlaşdırılır.
KİV-in məlumatına görə, Türkiyə Ukrayna üzrə yeni təmas qrupunun üzvü ola bilər.
Türkiyədə mümkün deportasiya mərkəzləri ilə bağlı da fərziyyələr səslənib. Türkiyə mediası planlaşdırılan silah sövdələşmələri barədə məlumat yayıb. Almaniya hökuməti bu xəbərləri şərh etməkdən imtina edib.
Şahanə Rəhimli
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ