İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK XƏBƏRDARLIQ! Hazırlıqlar BAŞLADI - Qərb bu ölkəni işğal edəcək, nüvə savaşı olacaq

Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin Belarusu işğal etməyə hazırlaşdığını və artıq buna cəhd göstərdiyini iddia edib. Nüvə müharibəsi olacaq üçüncü dünya müharibəsinin "üfüqdə" göründüyü barədə xəbərdarlıq edən Belarus lideri bildirib ki, əgər Moskva administrasiyası Rusiyanın parçalanması təhlükəsini hiss etsə, ən dəhşətli silahdan istifadə edəcək.

Musavat.com bu barədə Britaniyanın "Daily Mail" nəşrinə istinadən xəbər verir.

Lukaşenko heç bir sübut təqdim etmədən biıdirib ki, qərb Polşa sərhədində hərbi hazırlıq görərkən, əslində, Belarusu işğal etməyə hazırlaşır.

6426bb634e3fe10cecb3628b.jpg (99 KB)

"ABŞ və onun peyklərinin səyləri nəticəsində Ukraynada genişmiqyaslı müharibə başlayıb", - Lukaşenko milli televiziyada yayımlanan çıxışında Kiyevin Rusiyaya qarşı əks hücuma keçəcəyi təqdirdə danışıqların qeyri-mümkün olacağını irəli sürüb. 

NATO-nun Kiyevə verdiyi dəstək səbəbindən üçüncü nüvə müharibəsinin "üfüqdə" göründüyü barədə xəbərdarlıq edən Belarus lideri Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planlarının şantaj deyil, öz xalqını Qərbdən "qorumaq" olduğunu bildirib. 

6426bb304e3fe10cecb36286.jpg (57 KB)

"Rusiya qüvvələri Ukraynaya məğlub olmaqdan qorxsalar, nüvə silahlarını işə salmalı olacaqlarını ifadə edərək. Nüvə gücünə isə qalib gəlmək mümkün deyil. Moskva administrasiyası Rusiyanın parçalanması təhlükəsini hiss etsə, ən dəhşətli silahdan istifadə edəcək. Buna yol vermək olmaz" - Lukaşenko deyib.

O, Moskva və Kiyevi şərtsiz danışıqlara çağırıb: "Təhlükəsizlik və digər məsələlər ilkin şərt olmadan danışıqlar masası arxasında həll edilə bilər və həll edilməlidir. Ona görə də atəşkəs çağırışı edirəm".

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin gələn həftə belaruslu həmkarının danışıqlar və atəşkəs çağırışını nəzərdən keçirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR