İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK XƏBƏRDARLIQ! Çin bu tarixi səhvi etsə, nəticə DƏHŞƏTLİ olacaq

Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından sonra NATO-nun baş katibi Jan Stoltenberq açıqlama verib.

Musavat.com xəbər verir ki, Stoltenberqin sözlərinə görə, Finlandiya artıq NATO müttəfiqləri arasında öz yerini tutub.

"Müttəfiqlər İsveçin də mümkün qədər tez NATO-ya daxil olması ilə razılaşırlar. Son iki gün ərzində biz bir çox mühüm məsələləri, o cümlədən Ukraynaya siyasi və praktiki dəstəyimizi necə gücləndirəcəyimizi müzakirə etdik. Dünən NATO-Ukrayna Komissiyasında xarici işlər naziri Dmitri Kuleba ilə görüşdük. Biz həmfikirik ki, Ukraynaya davamlı hərbi dəstəyimiz vacibdir. Müharibənin nə vaxt bitəcəyini bilmirik. Ancaq müharibə başa çatdıqdan sonra biz Rusiya prezidenti Vladimir Putinin Avropanın təhlükəsizliyinə xələl gətirməkdə davam etməməsini təmin etməliyik. Ona görə də biz Ukraynanı gələcək hücumlardan qorumalıyıq. Həmçinin müdafiəyə, o cümlədən Ukrayna silahlı qüvvələrinin gücləndirilməsinə və Ukraynanın təhlükəsizliyi üçün tədbirlərə dəstək verməliyik. Ukraynanın gələcəyi Avro-Atlantik ailəsindədir" - NATO-nun baş katibi deyib.

Stoltenberq NATO-nnun Rusiyanın təzyiqi ilə üzləşən tərəfdaşlarını dəstəkləyəcəyini ifadə edib:

"Moldova, Gürcüstan və Bosniya və Herseqovina kimi tərəfdaşlarımızı dəstəkləməyə davam edəcəyik. Həmçinin Yaxın Şərq və Şimali Afrikadakı təhdid və çağırışları müzakirə etdik. Biz həmçinin qeyri-sabitlik, terrorizm və Rusiya və Çinin artan fəallığını müzakirə etdik. Xalqımızı təhlükəli bir dünyada təhlükəsiz saxlamaq üçün müdafiəmizə daha çox sərmayə qoymağımız vacibdir. Çin Rusiyanın təcavüzünü pisləməkdən imtina edir. Bu, Rusiyanın təbliğatını əks etdirir. Çin və Rusiya Hind-Sakit okean regionunda birgə hərbi fəaliyyətlə də məşğuldur. Çinin Rusiyaya Ukraynadakı müharibə üçün silah verməsi tarixi səhv olardı və bunun nəticələri böyük olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR