İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Vaqner buraxılıb, lakin muzdlular hələ də...

“Vaqner” ÖHŞ-nin ləğvindən və cəbhədən ayrıldıqdan sonra Priqojinin muzdluları hələ də maaş alırlar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, muzdluların maaşı 150.000 rubla (1660 dollar) qədər azalıb, lakin bu, ölkə üzrə orta maaşdan (53 min rubl) üç dəfə çoxdur.

Gələn informasiyalara əsasən, Vaqnerçilərin maaşları təxminən 40% aşağı salınıb. Əvvəllər muzdlulara döyüş əməliyyatlarında iştirak üçün ayda 240 min rubl ödənilirdi.

Özəl hərbi şirkət keçən həftədən etibarən fəaliyyətini dayandırıb. Muzdlular Molkino bazasını tərk edərək orada bayraqlarını endiriblər. Gələn məlumatlara görə, vaqnerçilərin yaxınları, xüsusilə xanımları gəlirlərin bu dərəcədə aşağı düşməsindən olduqca narazıdırlar. Muzdluların arvadlarını xüsusilə narahat edən məsələ ərlərinin müqavilənin bitməsini gözlədikləri Anapa otellərində öz başlarına buraxılmaları və qazandıqlarını evə gətirməmələridir. Onların söylədiklərinə görə, özəl əsgərlər indi qazandıqlarını restoranlara və ya “sosial məsuliyyəti az olan qadınlar”a xərcləyirlər.

Xatırladaq ki, bu ilin iyun ayının sonunda Rusiya prezidenti Vladimir Putin Vaqner ÖHŞ-nin saxlanmasının tam şəkildə dövlət tərəfindən maliyyələşdirildiyini etiraf etmiş və cəmi bir il ərzində bunun üçün 86 milyard rubl xərcləndiyini söyləmişdi. Muzdluların indi maaşlarını hansı yolla aldıqları məlum deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR