İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok: Prezidentin sözçüsü və Amaşov təhdid edildi

İrana sığınan, bu ölkənin kəşfiyyatı tərəfindən dəstəklənən və tərkibində azərbaycanlıların fəaliyyət göstərdiyi “Hüseyniyyun” qrupu (İslami Müqavimət Hərəkatı) Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov və jurnalist Əflatun Amaşovu təhdid edib.

Musavat.com yenipress.az-a istinadən xəbər verir ki, bu barədə adı çəkilən qurumun Teleqram kanalında paylaşım edilib.

Paylaşımda adı çəkilən jurnalistləri Əli Xameneini təhqir etməkdə ittiham edən radikal dini qruplaşma onların cəzalandırılacağı barədə xəbərdarlıq edib.

“Xalq qəzeti”ndə dərc olunan yazıdan hiddətlənən qrup Azərbaycan hökumətindən buna görə üzr istəməsini və hər iki jurnalisti cəzalandırmasını tələb edib.

“Aydındır ki, Bakının dövlət və məhkəmə orqanlarının diqqətsizliyi halında onların təqlidçiləri günahkarları cəzalandırmaq hüququnu özündə saxlayır”, - deyə, azərbaycanlı media nümayəndələri təhdid ediliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR