Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs “Bank of Georgia”nın filialına basqın edib.
Musavat.com xəbər verir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, hücum edən şəxs pul tələb edib və bank işçilərini öldürməklə hədələyib. Hücum zamanı bankda bir neçə müştəri olub və onlar binanı tərk edə biliblər.
KİV-in məlumatına görə, cinayətkar pulu almadan bankı tərk edib. Hazırda polis onu axtarır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ