İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok: Lukaşenko Zelenskiyə yalvardığını etiraf etdi – Tofiq Zülfüqarovla “Canlı debat”

Bu konflikt başlayan kimi mən bütün günü Zelenskiyə zəng etdim və ondan xahiş etdim, dedim: “Volodya, xahiş edirəm, danışıqlar masasına otur. Bu artıq sizin üçün heç yaxşı deyil. Ünsiyyət qur, istənilən sülh həmişə ən yaxşı müharibədən daha yaxşıdır”.

Bu sözləri belarus lideri Aleksandr Lukaşenko “Frans Press” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bundan sonra Belarusda Rusiya ilə Ukrayna arasında bir neçə çox uğurlu danışıqlar raundu keçirilib: “Ancaq Qərb – ABŞ və Britaniya Ukraynaya danışıqları davam etdirməyi qadağan elədi”.

Qarabağda Rusiya sülhməramlıları nə işlə məşğuldular? Vəziyyət gündən-günə niyə kritikləşir? Onların təxribatlarının arxasında hansı məqam dayanır?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR