Onlayn ictimai-siyasi qəzet
Ukrayna əsgərləri Kursk vilayətində mülki paltar geyinib dinc sakinlərə qarışmağa başlayıblar.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Aleksandr Sladkov telegram kanalında yazıb.
"Hazırda Kursk vilayətində mülki geyimdə və xüsusilə də rus hərbi geyimində olan düşmən əsgərləri boz zonalarda, hətta arxa cəbhəmizdə təxribat işləri aparmağa çalışırlar", - Sladkov yazıb.
Onun sözlərinə görə, Ukrayna döyüşçüləri Kursk vilayətində hərəkət etmək üçün yerli sakinlərin maşınlarını əlindən alır.
Sladkov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bunu artıq 2022-ci ilin yazında Mariupolda həyata keçirib.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ