İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK HÜCUM: Rusiya QONŞU ÖLKƏYƏ girir: Sərhədə hərbi qüvvə YIĞIRLAR – dünya ŞOKDA

Şimal qütbündə - Rusiya- Finlandiya sərhədində yeni gərginlik yaranır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Amerika nəşri yazır ki, Rusiya Finlandiya ilə sərhədi yaxınlığında hərbi mövcudluğunu fəal şəkildə artırır. Məqalədə qeyd olunur ki, Rusiyanın sərhəd bölgələrində hərbi mövcudluğunu artırması Finlandiyanın NATO-ya üzv olmasına cavab olaraq Kremlin uzunmüddətli strategiyasını göstərə bilər.

“Hərbi çadırlar, döyüş təyyarələri üçün sığınacaqlar və hərbi texnika üçün anbarların tikintisi Rusiyanın NATO-nun ən yeni üzvlərindən birinin yaxınlığında mövcudluğunun artdığını göstərir”, - nəşr bildirir.

Finlandiya rəsmiləri hesab edirlər ki, Rusiya hərbi mövcudluğunu təhdid səviyyəsinə çatdırana qədər onların təxminən beş ili var. Finlandiya hərbi kəşfiyyatının rəisi, generalı Pekka Turunen Rusiyanın sərhəddə canlı qüvvə sayını artıracağını proqnozlaşdırır.


Kamianets-Podilski və Alakurtti də daxil olmaqla, Finlandiya sərhədi yaxınlığındakı əsas bazaların ətrafında hərbi təyyarələr, onlarla yeni çadırlar, yeni texnika və aktiv tikinti müşahidə edilib. Oxşar fəaliyyət Estoniya yaxınlığında da müşahidə olunur.

Analitiklərin fikrincə, Rusiya Arktika zonasını özünün “böyük dövlət kimliyi”nin əsas elementlərindən biri kimi qəbul edir. “Rusiya hesab edir ki, Arktikaya çıxış böyük güc statusunun açarıdır”, - NATO rəsmisi nəşrə deyib. NATO-ya iki il əvvəl daxil olan Finlandiya hazırda birbaşa təhlükə görmür, amma Helsinki vəziyyəti diqqətlə izləyir.

“Sərhəd yaxınlığında hərbi gücün artması Ukraynada döyüşlər səngidikdən sonra baş verəcək. Buna hazır olmalıyıq”, - Finlandiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Yanne Kuusela vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəru Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR