Onlayn ictimai-siyasi qəzet
Braziliya mətbuatında çıxan xəbərlərə görə, Rio-de-Janeyroda bir qadın 17 min real, yəni 3 min 400 dollar kredit götürmək üçün yaşlı bir kişinin cəsədini banka aparıb.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, bank işçiləri hadisəni videoya çəkərək polisə müraciət ediblər.
Polis müəyyən edib ki, 68 yaşlı Paulo Roberto Braqa adlı şəxs bir neçə saat əvvəl ölüb.
Erika de Souza Vieira Nunes adlı qadın özünü qocanın qardaşı qızı kimi təqdim edib.
Qadın polis tərəfindən saxlanılıb. Meyit isə müayinə olunmaq üçün morqa aparılıb.
Video qısa zamanda sosial şəbəkələrdə yayılıb.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ