Onlayn ictimai-siyasi qəzet
Türkiyədə hər kəsi təəccübləndirən hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Qaziantepdə polis əməkdaşları tərəfindən Şehitkamil bölgəsində dilənçilik edən şəxslərin üzərində yoxlanış keçirilib.
Bu zaman 58 yaşlı Abdullah Parlakın üstündən 34 000 lirə (təxminən 2 441 AZN) pul tapılıb.
Onun üzərindəki xeyli miqdarda pul hər kəsi şoka salıb.
Polislər dilənçinin üzərindəki məbləği müsadirə edərək ona inzibati protokol tərtib ediblər.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ