İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! Əli Kərimli HƏBS TƏLƏBİ ilə məhkəməyə verildi - DETALLAR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Məhkəməyə verilib.

Musavat.com xəbər verir ki, bu barədə Ə.Kərimli sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb:

“İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən qaldırıldığı yazılmayıb. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb”.

Musavat.com xəbər verir ki, keçmiş partiya üzvü, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu  Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR