Onlayn ictimai-siyasi qəzet
Soçinin Adler rayonunda miqrantların qeydiyyatı ilə bağlı qeyri-adi vəziyyət yaranıb. Yerli sakinin fərdi evində kağız üzərində 62 nəfər qeydiyyatda olsa da, heç biri orada yaşamayıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə baş idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, 49 yaşlı Soçi sakini pul müqabilində evində 62 miqrantın qeydiyyata alınmasına icazə verib. Eyni zamanda, o, xarici vətəndaşları fiziki olaraq mənzillə təmin etmək niyyətində olmayıb.
Qeyd edək ki, son aylarda Rusiyada miqrantlara qarşı aparılan məqsədyönlü sıxışdırma siyasəti nəticəsində belə faktlar aşkarlanır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ