İnsanlara hürriyət, millətlərə istiqlal!

Sloveniyada iki rus casusu tutulub

Sloveniyanın kəşfiyyat və təhlükəsizlik xidməti iki xarici vətəndaşı Rusiyaya casusluq etməkdə şübhəli hesab edərək saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “siol.net” portalı məlumat yayıb.

Gələn informasiyalara görə, şübhəlilər Rusiya hərbi kəşfiyyatının (QRU deyə bilinir - red.) agentləri olub və Sloveniyada saxta adlar altında çalışıblar. Onlardan birinin Argentina vətəndaşlığına malik olması diqqət çəkib. İddia edilən agentlər Lyublyananın Bejiqrad rayonunda saxlanılıb.

Ümumilikdə, onları “casusluq” və “yalan şahidlik” ittihamı ilə 8 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, yanvarın 26-da Münhen hava limanında Rusiyaya çalışdığı bildirilən bir Almaniya vətəndaşı həbs olunub. Əməliyyat Almaniya Federal Kəşfiyyat və Əks Kəşfiyyat Xidməti sayılan BND tərəfindən aparılıb. Şübhəlinin Rusiya xüsusi xidmət orqanlarından birinə kəşfiyyat məlumatı ötürdüyü iddia edilir. 2023-cü il yanvarın 19-da İsveçdə keçmiş kəşfiyyatçı və onun qardaşı Rusiyaya casusluqda təqsirli bilinib. Peyman Kiya adlı İran əsilli bu şəxs ömürlük, qardaşı Peyam isə doqquz il on ay həbs cəzasına məhkum edilib. Qardaşlar ötən ilin noyabrında saxlanılıb.

Ötən ilin oktyabrında Norveçdə Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinən Braziliya vətəndaşı saxlanılıb. Polisin məlumatına görə, o, guya 2021-ci ilin payızında hansısa araşdırma aparmaq üçün Norveçə gəlibmiş. Lakin sonradan onun Braziliya vətəndaşı olmadığı da məlum olub. Saxlanılan şəxsin rus olduğu və Rusiya kəşfiyyatına işlədiyi faktlarla sübuta yetirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR