İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiyada qar uçqunu nəticəsində 2 nəfər ölüb

Slovakiyanın şimal-şərqindəki Yüksək Tatra dağlarında qar uçqunu nəticəsində iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Bildirilib ki, 36 və 41 yaşlı Slovakiya vətəndaşları qar uçqunu altında qalıb. Onlar Yüksək Tatra dağlarında pis hava şəraitinə baxmayaraq, dağ turuna çıxıblar.

Slovakiya və Polşa sərhədində yerləşən Yüksək Tatra dağlarında uçqun təhlükəsi artıb.

Agentliyin məlumatına görə, dağ yamaclarının Polşa tərəfində də fövqəladə hadisə baş verib. 19 yaşlı turist qar uçqunu altında ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR