İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya şirkətləri Ukraynaya silah satırmış

Slovakiyanın hökuməti özəl müdafiə şirkətlərinin Ukraynaya silah satışını qadağan edə bilmir.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə Politico saytı məlumat yayıb.
Slovakiyanın müdafiə nazirliyinin dövlət katibi İqor Melixer həmin xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, Slovakiya Avropa İttifaqına ortaq dəyərlərə görə daxil olub və azad bazar prinsiplərinə hörmət edir:


“Bu səbəbdən müdafiə sənayesi şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq ikili standart olardı”, – deyə Melixer bildirib.

O həmçinin vurğulayıb ki, Slovakiyada istehsal olunan hərbi texnikanın böyük hissəsi birbaşa Ukraynaya deyil, Qərb tərəfdaşlarına satılır, sonrakı istiqaməti isə həmin ölkələr müəyyən edir.

Eyni zamanda dövlət katibi əmin edib ki, hökumət vətəndaşlarına verdiyi vədi yerinə yetirir: dövlət anbarlarından Ukraynaya “bir güllə belə göndərilməyib”. Slovakiyanın rəsmi yardımı yalnız ölkənin enerji infrastrukturu üçün komponentlər və öldürücü xarakter daşımayan vasitələrdən ibarətdir.

Xatırladaq ki, Slovakiya 2024-cü ilin oktyabrında dövlət ehtiyatlarından Ukraynaya hərbi yardım göstərməkdən imtina etmişdi. Hazırda silah tədarükü yalnız kommersiya əsaslıdır. Slovakiya şirkətləri 155 mm-lik mərmilər, Zuzana 2 özüyeriyən haubitsaları, radioelektron mübarizə vasitələri və rabitə sistemləri istehsal edir.


Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR