İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya “MiQ-29” qırıcılarının Ukraynaya təhvil verilməsi üçün danışıqlara başlayıb

Slovakiya “MiQ-29” qırıcılarının Ukraynaya təhvil verilməsi üçün danışıqlara başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri Eduard Heqer məlumat verib. O bildirib ki, Ukrayna tərəfindən “MiQ-29” tədarükünə dair rəsmi müraciət aldıqdan sonra hökumət bu məsələ ilə bağlı danışıqlara başlayıb. Qeyd edilib ki, qırıcılarla bağlı müraciət Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən həftə Brüsselə səfəri zamanı edilib və Slovakiya hökuməti təyyarələrin müqabilində təzminat verilməsi üçün Avropa Komissiyası ilə ilkin danışıqlara başlayıb.

Qeyd edilməlidir ki, üç dəfə hökumətə rəhbərlik etmiş keçmiş baş nazir və müxalifət liderlərindən biri Robert Fitso (Smer-SD partiyası) Ukraynaya qırıcıların verilməsinə qarşıdır. Smer-SD uzun müddətdir ki, Ukraynaya silah tədarükünə qarşı çıxır və anti-Rusiya sanksiyalarını tənqid edir, Ukraynaya mümkün qırıcı təyyarələrin tədarükünü Konstitusiyaya zidd və ölkənin müdafiə qabiliyyətini məhdudlaşdıran addım hesab edir.

Digər müxalifət partiyalarından birinin rəhbəri və vaxtilə baş nazir postunu tutmuş Peter Pelleqrini (Hlas-SD) isə Ukraynaya silah və hərbi avadanlıq tədarükünü rədd etməyib, lakin bunu NATO müttəfiqlərinin birgə qərarı kimi şərtləndirib.

Ötən ilin avqust ayında sovet silah sənayesinin istehsalı olan ”MiQ-29” qırıcıları yekun olaraq Slovakiyanın hərbi arsenalından çıxarılıblar və bunun əvəzində ABŞ istehsalı “F-16“ qırıcılarının tədarükünü gözləyən Slovakiyanın hava məkanının müdafiəsini Polşa və Çexiya Macarıstanla birlikdə öz üzərlərinə götürüblər.

Qeyd edilməlidir ki, qırıcı təyyarələrin Ukraynaya təhvil verilməsi ilə bağlı müzakirələr bu ilin sentyabrında keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi mübarizənin bir hissəsinə çevrilə bilər. Ukraynaya hərbi yardımla bağlı mövzu həm hökumət, həm də müxalifət partiyaları üçün mühüm məsələyə çevrilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR