İnsanlara hürriyət, millətlərə istiqlal!

“Skype” İran nömrələrinə zəngləri pulsuz etdi

İrandakı son etirazların ilk günlərində İslam Respublikasının səlahiyyətliləri Skype-ı filtrləməyə çalışsa da, sözügedən şirkət indi xaricdən İran nömrələrinə zəngləri pulsuz edib.

Musavat.com xəbər verir ki, “Skype” İnternet üzərindən pulsuz onlayn audio və video zəng proqramıdır. Bununla belə, adıçəkilən şirkət telekommunikasiya xətlərinə ödənişli və abunə ilə zəng etmək imkanını da dəstəkləyir.

Xaricdə yaşayan çox sayda iranlının müraciətinə əsasən, bu şirkət İran nömrələrinə edilən zəngləri ödənişsiz etməyə qərar verib. Bundan öncə İrana 60 dəqiqəlik zəng etmək üçün aylıq abunə haqqı təxminən 9 avro idi. Bu rəqəm aylıq abunədən kənar hesablanırdı.

Qeyd edək ki, iki həftə əvvəl İranda etirazların pik həddə çatdığı vaxtdan hakimiyyət bir neçə messencer və sosial şəbəkələri, o cümlədən WhatsApp, Instagram və Skype-ı ölkədə bloklayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR