İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Elə sahibkar var ki, bir mənzili 7-10 adama satıb”


Milli Məclisin plenar iclasındakı müzakirələrdə söz alan  komitə sədri Siyavuş Novruzov həmkarı Razi Nurullayevin dediklərinə reaksiya verib. 

Musavat.com xəbər verir ki, bu çıxışdan sonra düşünürəm ki, ya Azərbaycanda görülən işlər düzgün çatdırılmır, ya da başqa səbəb var:

"Bu qədər görülən işin arasında hansısa təlatümdən, zəlzələdən-vəlvələdən danışmaq düzgün deyil. Biz hansı dövrdə yaşayırıq ki, Cəlil Məmmədquluzadənin poçt qutusundan istifadə edək? İnternet var, cənab prezidentə birbaşa müraciət etmək imkanları var”.

Prezidentin dəfələrlə sahibkarlarla bağlı xəbərdarlıq etdiyini vurğulayan S.Novruzov dedi ki, sahibkarların özlərində də kifayət qədər nöqsanlar olur:

“Ola bilər, hansısa nöqsan olsun. Elə sahibkar var ki, bir mənzili 7-10 adama satıb. Vergidən yayınanlar da var”.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR