İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Bu təşkilat artıq ölüb, onun fatihəsini vermək lazımdır”

Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki çıxışında Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə xitab edib.

O bildirib ki, görünür, ATƏT-in Minsk Qrupunun həmsədrləri həmin əsəri oxuyub, ölü diriltməyə çalışırlar: “30 il ərzində barmağını barmaq üstünə qoymayan bu təşkilat yenidən Qarabağ məsələsilə məşğul olmaq iddiasına düşüb. Bizdə məsəl var: “Özünə umac ova bilməyən başqasına əriştə kəsir”. Öz aralarında Üçüncü Dünya müharibəsini başladan bu ölkələr başqa ərazidə ədalətli sülhə töhfə verəcəklərini iddia edirlər. Bu üç ölkə arasında həm hərbi, həm mənəvi, həm də hüquqi, iqtisadi müharibə gedir. Hətta prezidentlər bir-birini təhqir edir. Belə olan halda biz necə gözləyə bilərik ki, onlar öz aralarındakı münaqişəni bitirib, gəlib Qarabağ məsələsini həll edəcəklər”.

S.Novruzov deyib ki, vaxtilə səfir olan, neft biznesilə məşğul olan Kozlariç deyir, mən ATƏT-in Minsk Qrupunu dirildəcəyəm: “Sənin vaxtında da bu qurum var idi, məsələ niyə həll olunmadı? Bu təşkilat artıq ölüb, onun fatihəsini vermək lazımdır, bununla da məsələyə nöqtə qoyulmalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR