İnsanlara hürriyət, millətlərə istiqlal!

Sırrı Süreyya Önder infrakt keçirdi – 12 saatlıq əməliyyatdan sonra həyati təhlükə davam edir


Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Önderin səhhəti ilə bağlı narahatedici məlumat yayılıb.

Musavat.com xəbər verir ki, Sırrı Süreyya Önder ürəyində yaranan ciddi problemlə təcili olaraq xəstəxanaya yerləşdirilib və dərhal əməliyyata alınıb. Rəsmi açıqlamada onun həm aorta damarının yırtılması, həm də ürək dayanması ilə xəstəxanaya çatdırıldığı, ölüm riski yüksək olan 12 saatlıq ağır bir əməliyyat keçirildiyi bildirilib.

Əməliyyatdan sonra yayılan xəstəxana açıqlamasında Öndərin müalicəsinin hazırda reanimasiya (intensiv terapiya) şöbəsində davam etdiyi və həyati təhlükəsinin hələ də qalmaqda olduğu qeyd olunub.

Türkiyə ictimaiyyəti və siyasi dairələr hadisəni böyük narahatlıqla izləyir. Onun səhhəti ilə bağlı növbəti saatlarda yeni açıqlamaların veriləcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR