İnsanlara hürriyət, millətlərə istiqlal!

Şadlıq sarayında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Müğənnilər də XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Bakıda toyda baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzə 25 nəfər hospilitizasiya olunub.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, hazırda həmin şəxslərə müvafiq tibbi yardım göstərilir.

***

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Musavat.com "Teleqraf"a istinadla xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Mərasim zamanı zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu qeyd olunur.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb qida məhsulları olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR