Onlayn ictimai-siyasi qəzet
İranın təhlükəsizlik qüvvələri Şiraz şəhərində Şah Çerağ məqbərəsinə silahlı hücum həyata keçirən 3 silahlıdan daha birini saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İran İnformasiya Nazirliyinin (Kəşfiyyat) rəhbəri İsmail Xətib məlumat verib.
“Şirazda silahlı hücumda iştirak edən ikinci şəxs İmam Zamanın əsgər diviziyasından olan bir qrup tərəfindən saxlanılıb”, - Xətib bildirib.
Qeyd edək ki, 13 nəfərin ölümünə və 45 dinc sakinin yaralanmasına səbəb olan terror aktına görə günahlandırılaraq həbs edilən ilk şəxsin həbsxanada öldüyü xəbəri yayılmışdı.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ