Onlayn ictimai-siyasi qəzet
Son illərdə təəccüblü proqnozları ilə yadda qalan "Simpsonlar" cizgi filmi yenə böyük səs-küy yaradıb.
1998-ci il "Sprinqfildin Son Günü" adlı epizodda şəhərin tamamilə elektriksiz qaldığı, avtomobillərin və mobil telefonların işləmədiyi bir ssenari təqdim edilir. 2023-cü ildə yayımlanan başqa bir bölüm isə 28 fevral 2025-ci ildən sonra enerjinin olmayacağını proqnozlaşdırır. Tamaşaçıların iki səhnənin birlikdə təfsiri belədir ki, bu tarixdə böyük enerji böhranı baş verə bilər.
"Simpsonlar"da əks olunan enerjinin olmaması yalnız fiziki enerji itkisi ilə bağlı deyil, eyni zamanda cəmiyyətin çöküşü, sosial-iqtisadi qeyri-sabitlik və insanların gündəlik həyatlarındakı əks təsirləri nümayiş etdirir. Bu, enerjinin həyati əhəmiyyətini vurğulayan xəbərdarlıq da hesab oluna bilər.
Keçmiş proqnozları nəzərə alsaq, 28 fevral 2025-ci ildə nə baş verəcəyi maraq doğurur./Sfera.az
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ