Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Alen Simonyan 2020-ci il noyabrın 9-da Azərbaycanla atəşkəs razılaşmasının hazırlandığı dövrdə Moskvada baş verənlərlə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Simonyan “OТА” media qrupunun rəhbərinə verdiyi müsahibədə həmin dövrdə Moskvaya səfərinin emosional və kritik bir vəziyyətdə baş tutduğunu bildirib:
“Düşünürdüm ki, gedəcəm və mümkün olan hər kəsin ayağına yıxılıb, yalvaracağam ki, bu müharibə dayansın. Çünki başqa yol görmürdüm”.
Onun sözlərinə görə, Moskvada Rusiya rəsmiləri, jurnalistlər, o cümlədən Vladimir Solovyov və digər şəxslərlə görüşlər keçirib. Həmin vaxt artıq bəzi dairələrdə atəşkəs sənədi müzakirə olunurdu:
“Mən orada olduğum zaman artıq bəlli bir mətndən danışılırdı. Bunu orada öyrəndim və komandamla bu məsələdə tam məsuliyyət daşıyıram”, – deyə o əlavə edib.
Simonyan həmçinin etiraf edib ki, Moskvada onu provokasiya barədə xəbərdar ediblər və ehtimal edilən hücumdan qorunmaq üçün ona silah verilib.
Toğrul İSMAYIL,
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ