Onlayn ictimai-siyasi qəzet
Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan "Azatutyun" radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb.
“İkinci Qarabağ müharibəsi başlayanda biz çox üzüldük, çünki dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi. Səbəb də bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan Qarabağda ən azı 3-4 BMT qətnaməsi olan əməliyyat həyata keçirib”, - erməni spiker etiraf edib.
Simonyan onu da qeyd edib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. “Biz imkan verməməliyik ki, İrəvan və Bakı arasında sülh prosesi dalana dirənsin. Ermənistana, bəlkə də Azərbaycana düşmən münasibət bəsləyən dövlətlər məhz bunu istəyir”, - deyə A.Simonyan vurğulayıb.
O, “3+3” platforması çərçivəsində sülh müqaviləsi üzrə danışıqların başa çatdırılması təklifinə də toxunub.
“Düşünürəm ki, biz bu variantı nəzərdən keçirəcəyik. Baxmayaraq ki, mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm”, - deyə erməni spiker əlavə edib.
Şahanə Rəhimli
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ