Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bir gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqlamalarına sərt reaksiya vermişdi.
Musavat.com bildirir ki, erməni mediası Zaxarovanın dediklərinə Simonyanın reaksiyasını öyrənməyə çalışıb.
“Mən hansısa departamentin hansısa katibinə cavab vermək fikrində deyiləm, məncə. Bu mənim səviyyəm deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var, cavab versinlər. Düşünmürəm ki, mən və adıçəkilən qurumun şöbə müdirinin müavini eyni adamıq ki, onunla danışaq” - deyən spiker cavab verib.
Qeyd edək ki, M.Zaxarova “Simonyanın ictimai ritorikası tərbiyə hüdudlarını keçir, amma bu, Ermənistan siyasətçilərinə hörmət qazandırmır” - demişdi.
Bundan öncə Simonyan “Zaxarovanın “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması” ilə bağlı açıqlamaları gülüncdür” ifadəsini işlətmişdi və cavabını kəskin şəkildə almışdı.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ