İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan: Türkiyədən Bakı ilə İrəvan arasında vasitəçilik təklifi olmayıb

Türkiyədən Azərbaycanla Ermənistan arasında vasitəçilik təklifi olmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Türkiyənin bu prosesdə iştirakı göz qabağındadır və arzu da təbii ki, belə olmalı idi. Yeganə təklif “3+3” formatı ilə bağlı olub ki, biz bunu müzakirə edib öz cavabımızı verəcəyik. Fikrimcə, onlar da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını gözləyirlər və öz tərəfdaşları olan Azərbaycanı hər cür dəstəkləməyə çalışırlar. Lakin bununla yanaşı, arqumentlər müstəvisində bundan artıq deyiləcək heç nə yoxdur”, - deyə Simonyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR